Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Əhli-Beyt (ə) maarifinin rəvayətçiləri” adlı ikinci beynəlxalq toplantı Qum şəhərindəki Əhli-Beyt (ə) Ümumdünya Assambleyasında keçirilib.
Qeyri-iranlı tələbələrə həsr olunmuş bu mərasimdə dünyanın müxtəlif ölkələrindən yüzdən çox media və kiberməkan fəalı və nüfuz sahibi iştirak edib və bu beynəlxalq fəallardan bəziləri bu sessiyada media fəaliyyətləri haqqında hesabat təqdim ediblər.
Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani bu toplantıda medianın mövqeyinin vacibliyinə işarə edərək deyiblər: Bugünkü şəraitdə biz media cihadına daxil olmalı və xalis İslamı tanıtmağı bacarmalıyıq. Şübhəsiz ki, xalis İslam beynəlxalq bir dildə təqdim olunarsa, biz müxtəlif sahələrdə qalib gələcəyik.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!