Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejiminin Qəzzə Zolağına qanlı və vəhşicəsinə hücumları nəticəsində əmələ gələn ağır dağıntılara baxmayaraq, fələstinlilər yenə də Qəzzanın şimalına qayıtmağa davam edir.
Bazar ertəsi günü işğal altında olan Netzarim dəhlizinin açılışından sonra qəzzalılar dəstə-dəstə şimal bölgələrinə qayıtmağa başlayıblar.
BMT-nin OCHA-nın bəyanatına görə, 27 yanvardan bəri evlərindən məcburi köçkün düşən 376 mindən çox fələstinli Qəzzanın şimalına qayıdıb.
HƏMAS ilə əldə olunan atəşkəsə uyğun olaraq, sionist İsrail rejimi bazar ertəsi Netzarim dəhlizini açıb və məcburi köçkün etdiyi fələstinlilərin Qəzzanın şimalına keçməsinə icazə verib.
Hökumətin Qəzzadakı Media Ofisinin məlumatına görə, sionist İsrail rejiminin hücumları nəticəsində Qəzzənənin şimalda dağıntılar 90 faiz civarındadır.
Qəzzənin şimalına qayıdan qəzzalıların əksəriyyəti evləri əvəzinə dağıntılar və xarabalıqlarla üz-üzə qalıblar.
Bütün bu çətinliklərə baxmayaraq, torpaqlarını tərk etmək istəmədiklərini deyən qəzzalılar cənubdan şimala doğru hərəkətlərini davam etdirirlər.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!