Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri İsmayıl Bəqayi Livanın cənubunda atəşkəsin pozulmasına cavab olaraq, son altmış gündə işğalçı rejim tərəfindən atəşkəs razılaşmasının yüzlərlə pozulmasını xatırladaraq, rejimin ötən gün törətdiyi cinayəti ilə vəhşilik zirvəsini aşdığını və humanitar hüquqların kobud şəkildə pozulması və müharibə cinayətinin bariz nümunəsi hesab edib. O, atəşkəs razılaşmasının təminatçısı və müşahidəçiləri kimi ABŞ və Fransanın məsuliyyət daşıdığını da xüsusi olaraq vurğulayıb.
İİR Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: “İşğalçı qüvvələrin Livanın cənubunda mövcudluğunu davam etdirməsi bu rejimin Livanın ərazi bütövlüyü və milli suverenliyinə qarşı hərbi təcavüzünün davamıdır. BMT Təhlükəsizlik Şurası bu təcavüzə son qoymaq və sionist rejimi məsuliyyətə cəlb etmək üçün təsirli tədbirlər görmək üçün aydın məsuliyyət daşıyır.”
Bəqayi cnabları İran İslam Respublikasının Livan hökumətinə, millətinə və sionist rejimin genişlənməsi və təcavüzünə qarşı müqavimətə tam dəstəyini vurğulayaraq, Livan xalqının işğalçı rejimə qarşı nümunəvi müqavimət və şücaətini tərifləməklə yanaşı, şəhidlərin xatirəsini yad edib. O, başda İslam millətinin şanlı şəhidi Seyid Həsən Nəsrullahı və Livanın cənubunda bazar günü qətlə yetirilən şəhidlərini ehtiramla yad edib, yaralananlara şəfa diləyib.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!