Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

29 yanvar 2025

08:30:00
1525618

Faşist İsrail rejim aviasiyası Livanın cənubuna, Şiələrin kompakt yaşadıqları şəhərlərə 2 zərbə endirib

Qaniçən faşist İsrail rejim ordusunun Livanın cənubunda iki Şiə bölgəsini bombalaması nəticəsində qadın və uşaq olmaqla 24 Şiə yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ, avropa və rusiyadan gələrək Fələstin torpaqlarını işğal etmiş İsrail yəhudi rejim ordusu Livanın cənubunda atəşkəs rejimini pozaraq, Şiələrin kopakt yaşadıqları iki bölgəni havadan bombardmanlarla hədəfə alıb.

Bu barədə verilən məlumata görə, Livanın cənubundakı “Nəbatiyyə Əl-Fuqa” və “Zövtər” Şiə əraziləri faşist İsrail rejiminin hava hücumlarına məruz qalıb.

Livanın Səhiyyə Nazirliyi bu hava hücumları nəticəsində 24 livanlı mülki vətəndaşın yaralandığını bildirib.

Livanın baş naziri Nəcib Mikati bildirib ki, qanunsuz İsrail terrorçu rejim ordusunun bu hücumları Livanın suverenliyinin pozulması, atəşkəs razılaşmasının və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin açıq şəkildə pozulmasıdır.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!