Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə cümə günü yanvarın 24-də İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağrılaraq NOTA verilib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyində nazir köməkçisi və Avrasiya üzrə baş direktor Müctəba Dəmirçilu Azərbaycan Respublikasında bəzi dairələrin və ya şəxsiyyətlərin neqativ hərəkətlərini (o cümlədən Azərbaycan Respublikasında təhsil alan bir sıra iranlı tələbələrə qarşı son əxlaqsız hərəkətləri) iki xalq arasında münasibətlərə xələl gətirən əməl kimi qiymətləndirib və Azərbaycan tərəfinə etirazını bildirərk, bu davranışlara cavab olaraq bu kimi neqativ halları törədənlərə və icarçılarına qarşı tədbir görülməsini tələb edib.
Xarici işlər nazirinin köməkçisi həmçinin iki ölkə xalqı arasında din xadimlərinin və din alimlərinin ləyaqətini və yüksək statusunu vurğulayaraq, hər hansı hörmətsizlik və təfriqə yaradan hərəkətlərə qarşı sayıqlıq və qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının səfiri bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!