Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Clarence Seedorf İslamı qəbul etdikdən sonra adını Yunus qoyub.
Seedorf bir neçə ay əvvəl dinlər üzərində araşdırma apardığını və tezliklə yeni dinini elan edəcəyini açıqlamışdı.
O, apardığı araşdırma və təhqiqlərdən sonra İslamın ən əhatəli dinə və reallığa ən yaxın əsaslara malik olduğu qənaətinə gəldiyini açıqlayıb.
Hollandiya millisinin sabiq futbolçusu İslamı qəbul etdikdən sonra adını “Klarens”dən “Yunis”ə dəyişib. Yunis, bu adı Qurani-Kərimin Yunus surəsinin təsiri ilə seçdiyini bildirib.
Hollandiya millisinin sabiq üzvü Klarens Zeedorf “Milan” və “Real Madrid”lə dörd dəfə Çempionlar Liqasının qalibi olub. Jonas (Klarens) Zeedorf 1998-2008-ci illərdə Hollandiya millisinin üzvü olub və "Milan", "Real Madrid", "Ayaks", "İnter" və "Sampdoria"da çıxış edib.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!