Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bağdadın İmam Cüməsi Ayətullah Seyid Yasin Musəvi Amerikanın məkirli planlarını və siyasətlərini məhkum edərək deyib: “Cinayətkar Tramp davam edən sivilizasiyalararası müharibə kontekstində iki nəcib şəhid Qasim Süleymani və Əbu Mehdi əl-Muhandisi qətlə yetirdi. Çünki qərb sivilizasiyası bu ölkələrin sərvət və mallarını girov götürmək üçün şərqi, yəni İslam ölkələrini öz nəzarətində saxlamağa çalışır.”
O, Amerikanın İraq xalqının gözlənilməz addımından təəccübləndiyinə toxunaraq bildirib: “Amerika İraq xalqının ona təslim olacağını düşünürdü. Amma Amerika İraqa daxil olduqda Ərbəin ziyarəti və milyonlarla şiənin İmam Hüseynin (ə) hərəminə piyada yürüşü onu təəccübləndirdi.”
Ayətullah Seyid Yasin Musəvi çıxışında Ayətullah-Üzma Sistani həzrətlərinin İraqın müstəqilliyinin qorunub saxlanmasında mühüm rol oynadığını və amerikalıları İraq konstitusiyasını ölkə siyasətçilərinin əli ilə yazıb xalqın səs verməsinə qoymağa məcbur etdiyini vurğuladı.
Ayətullah Musəvi vurğulayaraq qeyd edib: “Hacı Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin planı düşmənə müqavimət göstərmək və onlara qarşı durmaqdır. Bu gün biz ölkəmizin müstəqilliyini məhv etməyə çalışan Amerika məkirli planları qarşısında durmalıyıq.”
Amerikanın Suriyanı Ərdoğana təslim etdiyinə və bu ərəb ölkəsinin onlar tərəfindən işğal edildiyinə diqqət çəkən Ayətullah Musəvi bildirdi: “İsrail Suriyanın bir hissəsini işğal edib və bu işğala qarşı heç bir etiraz olmayıb.”
İmam Cümə bir daha vurğulayaraq əlavə edib:
“Biz çətin günlərlə üzləşirik, buna görə də İraqı, onun suverenliyini və müstəqilliyini qorumaq üçün Amerikanın məkirli planlarına qarşı çıxmaq üçün Şəhid Süleymani, Əbu Mehdi Əl-Mühəndis və Şəhid Seyid Həsən Nəsrullahın yolunu getməli və mənimsəməliyik.”
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!