Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsveçrədə moda qaydasına əməl edir. Hər kəs öz geyim seçimində, hətta geyimsiz belə olmasında azaddır. Lakin bu, 2025-ci ildən etibarən niqablılara şamil edilməyəcək. İsveçrə bunu “burqa qadağası” adlandırır, lakin “burqa” ərəblər üçün sadəcə ənənəvi bir paltardır və təvazökar təbiətinə görə başqa mənşəli müsəlman qadınlar arasında populyardır. Bununla belə, İsveçrə xalqının “burqa qadağası” adlandırdığı “qanun”, 2025-ci il yanvarın 1-dən qüvvəyə minən niqab üçün nəzərdə tutulmuşdur. Bu, İsveçrənin təxminən 250.000 müsəlman əhalisinə öz mənfi təsirini edəcəkdir.
İsveçrə hökumətinin sözlərinə görə, “qadağa” təyyarələrə, diplomatik və konsulluq binalarına şamil edilmir və üzlər ibadət yerlərində və digər müqəddəs məkanlarda da örtülə bilər. Bununla belə, söhbət İsveçrənin müsəlman sakinlərindən gedir! Onlara geyimdə seçim azadlığının verilmədiyi bir ölkədə necə yaşaya bilərlər? İroniya İsveçrə Konstitusiyasındadır ki, “bütün insanlar qanun qarşısında bərabərdirlər və heç kim cinsi, irqi, yaşı və əlilliyi kimi amillərə görə ayrı-seçkiliyə məruz qala bilməz”...
Burqa və niqab mədəni bir geyimdir, lakin bir çox avropalı və bir neçə asiyalı siyasətçinin nəzərində İslamın, xüsusən də “ekstremizmin” simvoluna çevrilib. Bununla belə, Fashion History Timeline-nin məlumatına görə, “İslam etnik qrupları və bölgələri arasında örtünmə şərtləri nəinki fərqlidir, həm də forma və estetika baxımından da eyni dərəcədə müxtəlifdir”. Buna görə də, nəticədə, isveçlilərin burqa adlandırdıqları niqabın taxılması Halloween-də, həmən o şeytanların, cadugar və cinlərin şəninə keçirilən dırnaqarası bayramda qorxunc görünüşlü maskaların və yaxud işə gedərkən Covid maskasının taxmaq seçimi olduğu qədər bir geyim seçimidir.
Niqabların və ya isveçrəlilərin səhv adlandırdıqları kimi “burqaların” qadağan edilməsi ideyası 2021-ci ildə irəli sürülüb, lakin son vaxtlara qədər hərəkətə keçməyib. Federal Şura, "burqa qadağası"na qarşı pozuntuların qeyri-qanuni hesab ediləcəyi və günahkarların 1000 İsveçrə frankı və ya 1144 dollar məbləğində cərimələnəcəyi barədə bəyanat yayıb.
Fransa, konstitusiyalarında bəhs etdikləri “azadlığa” baxmayaraq, dünyəviləşmə məqsədlərinə görə qondarma “dini” paltarı qadağan edən ilk Avropa ölkəsi olmaq şöhrətinə sahib olsa da, İsveçrə demək olar ki, dərhal Fransanın izinə düşürərək ondan geri qalmaq istəmir. Axı necə də olsa bu iki ölkə bir-biri ilə 600 km sərhədi və İsveçrə-Fransız ərazisi daxilində olan 200.000 sakini bölüşür. Üz örtüyü və burkalar ekstremizmi təmsil edən paltarlar hesab edilsə də, onların sadəcə mədəni geyim olduğu heç ağlına gəlibmi? Üstəlik, Halloween maskaları və ya Covid maskaları kimi digər üz örtüklərini qadağan etmək heç ağlına gəlibmi? Nədənsə, bizim inancımızın aşkarlığı səbəbindən müsəlmanlara birbaşa təsir edən qadağaların təklif edilməsi və tətbiqi islamafobiyanın başlanma həddi-hüdudunu nümayiş etdirir. Avropada hər iki müsəlmandan biri həyatlarında özlərinə qarşı bir növ irqçilik və ya qərəzli münasibət yaşayır. Gərək təəccüb edəsən ki, axı niyə?!...
Amnesty International bildirib: “Minarələrə qoyulan qadağadan sonra isveçrəli seçicilərin əksəriyyəti bir dini icmaya qarşı ayrı-seçkiliyə yol verən və lüzumsuz olaraq qorxu və parçalanmaya səbəb olan təşəbbüsü bir daha dəstəklədi”.
“Örtük qadağası qadınların azadlığı üçün sadəcə bir tədbir deyil, ifadə və din azadlığını pozan təhlükəli simvolik bir siyasətdir”.
Müəllif: Rumki Chowdhury
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!