Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

5 yanvar 2025

04:01:00
1520111

Oman Sultanlığının müftisi İslam Ümmətini Yəmən Xüsusi Təyinatlıları qəhrəmanlarını dəstəkləməyə çağırıb

Oman müftisi vurğulayıb: “Necə ki, bütün Yəmənin nəcib xalqı müqavimətlərini gücləndirmək və məqsədlərinə çatmaq üçün Yəmənli mübarizlərlə birləşməlidirlər, eləcə bütün İslam ümməti də onları tam var gücü ilə dəstəkləməlidir.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Oman Sultanlığının müftisi Şeyx Əhməd Əl-Xəlili Yəmənin oyaq və nəcib xalqını və dünyanın bütün azad xalqlarını Yəmən Xüsusi Təyinatlıları qəhrəmanlarını müdafiə etmək, haqqı müdafiə etmək və zalımlarla ciddi şəkildə mübarizə aparmaq üçün bir araya gəlmələrini xahiş edib.

O deyib: “Yəmənin qəhrəman mühafizəçiləri həqiqəti müdafiə etməkdə, dağları və möhkəm qayaları silkələyən misilsiz qəhrəmanlıq və qətiyyətlə zülmkarlara qarşı durmaqda davam edirlər.”

Əl-Xəlili əlavə edib: “Necə ki, bütün Yəmənin nəcib xalqı müqavimətlərini gücləndirmək və məqsədlərinə çatmaq üçün Yəmənin Xüsusi Təyinatlıları ilə birləşməlidirlər, bütün İslam ümməti də onları tam var gücü ilə dəstəkləməlidir, çünki bu, müsəlmanların bir-birləri üzərində olan haqqıdır. Necə ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: Müsəlmanlar bir-birinə qardaşdırlar, bir-birinə zülm etmirlər, bir-birinə problem yaratmırlar.”

Oman Sultanlığının müftisi çıxışının sonunda deyib: “Müqavimət qüvvələri Fələstin xalqının mübarizəsi üçün fədakarlıq edir. Və hər hansı bir ölkəyə, o cümlədən işğal olunmuş ərazilərə, müsəlmanların ilk qibləsinə və peyğəmbərinin merac olduğu yerə düşmən hücumu zamanı bütün müsəlman xalqları bir-biri ilə əməkdaşlıq etməlidir.

Odur ki, müsəlmanlar bu müqəddəs yerləri İslam ümmətinin pak və etibarlı əllərinə qaytarmaq üçün səy göstərməlidirlər, ona görə də biz vicdan və hürriyyət sahibi olan bütün millətlərdən və insanlardan xahiş edirik ki, bu məsələ ilə maraqlansınlar və Allah məzlumun yardımçısıdır deyə, bu müqəddəs vəzifəyə laqeyd yanaşmasınlar.”

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!