Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

5 yanvar 2025

02:30:00
1520058

İsveçrə yeni ilə müsəlmanlara qarşı qanun qəbul etməklə başladı

Qeyd edək ki, burqanı-niqabı qadağan etmək təşəbbüsü İsveçrədə daha əvvəl 2009-cu ildə bu ölkədə yeni minarələrin tikintisinə qadağa qoyulmasını tələb edən ekistrimist yəhudi və xristian qrupları tərəfindən irəli sürülüb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsverçədə 2025-ci il yanvarın 1-dən etibarən ictimai yerlərdə üzünü örtməyi qadağan edən qanunun tətbiqi kimi digər təlimat və qanunlar da bu ölkədə həyata keçirildi.

İsveçrədə kütləvi şəkildə “burqa-niqab qadağası” kimi tanınan ictimai yerlərdə üz örtmə qadağası daha əvvəl ölkənin müsəlman birlikləri tərəfindən geniş şəkildə tənqid edilmişdir.

Bununla belə, İsveçrədə hökuməti xalqdan referendumda burqaya qarşı təşəbbüsə səs verməməyi xahiş etmişdir.

2021-ci il martın 7-də İsveçrə vətəndaşları 51,2% səslə üz örtmənin qadağan edilməsinə səs veriblər ki, bu ölkədə üzə burqa-niqab taxmaq rəsmi və qanuni olaraq qadağan edilmidir.

Qeyd edək ki, burqanı-niqabı qadağan etmək təşəbbüsü İsveçrədə daha əvvəl 2009-cu ildə bu ölkədə yeni minarələrin tikintisinə qadağa qoyulmasını tələb edən ekistrimist yəhudi və xristian qrupları tərəfindən irəli sürülüb.

Bu qanunun pozulması 1000 İsveçrə frankı (təxminən 1143 dollar ekvivalenti) məbləğində cərimə ilə nəticələnə bilər.

İsveçrə beləliklə, 2025-ci il yanvarın 1-dən belə bir qadağa tətbiq edən qonşuluqdakı Fransa və Avstriya da daxil olmaqla digər beş Avropa ölkəsinə qoşuldu.

Bu qaydanın istisnalarına təhlükəsizlik, hava və ya sağlamlıq səbəbi ilə üzün örtülməsi daxildir. Həmçinin, bədii-əyləncə tələblərinə uyğun və reklam üçün üz örtüyünə icazə verilir.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!