Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

4 yanvar 2025

05:06:18
1519636

Yəmən Təl-Əviv elektrik stansiyasına raket hücumu etdi. Onlarla sionist ünsürü məhv edilmiş, yaralanmış və xəsarət almışdır

Yəmən silahlı qüvvələrinin sözçüsü bu hücumların ultrasəs raketləri və dronlarla həyata keçirildiyini bildirib. Bu hücumlarda sionist rejimin Yaffada elektrik stansiyası və hərbi qərargahı hədəfə alınıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sarii yəhudilərin işğal altındakı Fələstinin “Cəfə” bölgəsinə iki hücum təşkil etdiyini açıqlayıb.

Fars xəbər agentliyinin beynəlxalq qrupunun mıkumatına görə, Sarii bu hücumların ultrasəs raketləri və dronlarla həyata keçirildiyini bildirib. Bu hücumlarda sionist rejimin Yaffada elektrik stansiyası və hərbi qərargahı hədəfə alınıb.

O, Yəmənin silahlı qüvvələrinin öz suverenliyini və qanuni hüquqlarını müdafiə etmək iqtidarında olduğuna işarə edərək, İslam ümmətinin bütün azad xalqından İsrailin Qəzzada törətdiyi qətliamların dayandırılması üçün ciddi addım atmalarını istəyib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü sonda deyib: Qəzzaya hücumlar dayandırılmadıqca və blokada məğlub olmadıqca, hərbi əməliyyatlarımız və Qəzzada mücahidlərə dəstəyimiz davam edəcək və dayanmayacaq.

Faşist İsrail rejimin "Kan" televiziyası Yəmənin raket hücumundan sonra ən azı 12 sionist ünsürün öldüyünü, yaralandığını, daha 9 sionist ünsürünün isə şok və panikada olduğunu bildirib.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!