Əhli-Beyt
(əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Səfər ayının 28-i gecəsi ilə eyni
vaxtda, Nəcəfi Əşrəfdə, İmam Əlinin (əleyhi səlam) hərəminin Həzrət Zəhra (səlamullahi
əleyha) adına zalında, əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) və
İmam Həsən Müctəbanın (əleyhi səlam) şəhadətlərinin ildönümü münasibəti ilə 4
min nəfərlik ehsan süfrəsi açılıb.
Qeyd edək ki, iki gün bundan öncə İraqın müxtəlif diyarlarından Nəcəf Əşrəf şəhərinə piyada yürüş etmiş zəvvarlar Əmirəl-Möminin Həzrəti İmam Əlinin hərəminə çataraq hərəmin Nəcəf və Üləma eyvanlarında əzadarlıq ediblər.
Diqqət:
Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!