Əhli Beyt (əleyhi səlam) Xəbər Agentliyi ABNA: Bu şənbə, səhər, İran İslam Respublikasının 14-cü hökumət heyətinin üzvlərinin və İİR Prezidenti doktor Məsud Pezeşkiyan, İran İslam Respublikasının Böyük Banisi, İmam Xomeyninin (r.a) hərəmində mərhum İmam Xomeyninin idealları ilə əhd-peymanının təzələnməsi mərasimində çıxış edib: "Biz, haqqa bağlı olan İmam Hüseynin (ə) yolunun davamçılarıyıq. İmam Hüseyn (ə) buyurur ki, mən, insanların tətil etdikləri HAQQI tələb etmək üçün qiyam etdim və bu yolda Rəsuli-Əkrəmin (s) (buyurduğu) yolu ilə getdim, (insanları) yaxşı işlər görməyi əmr etdim və pis işlərdən çəkindirdim; Şəhidlərin sərvəri və rəhbəri olan İmam Hüseynin (əleyhis salam) yolu İslam cəmiyyətində ədaləti və haqqı tələb etmək yoludur."
Daha sonra İslam Ümməti arasında birliyin və vəhdətin zəruriliyini vurğulayan Dr. Pezeşkiyan buyurdular: "Müsəlmanlar İlahi ipdən möhkəm yapışsalar və həmrəy olsalar, sionist rejim Qəzzanın məzlum və müdafiəsiz xalqına qarşı belə bir cinayət törətməyə cəsarət edə bilərmi, Amerika və Qərb ölkələri bu şəkildə bu cinayətkar rejimi dəstəkləməyə cəsarət edə bilərdimi?!..."