Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi - ABNA: Amerika beyin mərkəzi ISW bildirib:
"İranın dəstəklədiyi İraq qruplaşması avqustun 5-də İraqdakı Ayn əl-Əsəd hava bazasında azı 5 ABŞ əsgərinin yaralanmasına səbəb olan raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
İran, İsrailə qarşı cavab tədbirləri çərçivəsində ABŞ qüvvələrinə də eyni vaxtda hücum əmri verə bilər.
İran liderləri hesab edə bilər ki, Birləşmiş Ştatlar öz bazalarını qorumağa diqqət yetirməli olsa, onların silahlarının İsrailin hava hücumundan müdafiə sistemini yarmaq ehtimalı daha yüksəkdir."
ShiaNews
Diqqət! Xəbərdən istifadə edildikdə mənbəyə istinad etməlisiniz.