Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi - ABNA: Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Doktor İsmayıl Həniyənin şəhadətilə bağlı bəyanat yayıb.
Bəyanatın mətnini təqdim edirik:
Qasim və Cəbar Allahın Adı ilə
Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir. (Ali İmran, 169)
Ümumdünya Əhli-Beyt (əleyhimus-səlam) Assambleyası bu gün (31 iyul) sübh radələrində qəddar sionist düşmən tərəfindən namərdcəsinə törədilmiş sui-qəsd nəticəsində şəhid edilən müqavimət hərəkatının görkəmli lideri, qardaş Əbul Əbd İsmayıl Əbdüs Salam Həniyənin şəhadəti münasibətilə təsliyyət ərz edir.
Şəhid İsmayıl Həniyə Bədr, Huneyn, Əhzab şəhidlərinə, İmam Hüseyn hərəkatının zülmlə mübarizədə və Rəsulullahın (s) ümmətinin islahı istiqamətində çoxsaylı şəhidlərinə və nəhayət HƏMAS İslami Müqavimət hərəkatının tarixi şəhidlərinə, o cümlədən Şeyx Əhməd Yasin, Əl-Rentisi, Əl-Aruri kimi şəhidlərə, eləcə də İslami Müqavimət Oxunun şəhidlərindən olan Şəhid Fəthi Əl-Şəqaki, Şəhid İmad Muğniyə, Əbu Mehdi Əl-Mühəndis kimi şəhidlərinə və habelə Fələstin, Livan, İraq, Yəmən, Suriya və Əfqanıstandakı İslami Müqavimətin şəhidlərinə qovuşdu.
Biz Ümumdünya Əhli-Beyt Assambleyasının üzvləri, təbliğatçıları və də'vətçiləri olaraq, dünyanın bütün məscidlərində, məktəblərində, müəssisə və mərkəzlərində bu böyük müsibət münasibətilə ilk növbədə Fələstin İslami Müqavimət Hərəkatı üçün fədakarlıq edən və Allah yolunda cihad edən bu şəhid komandirin ailəsinə, daha sonra HƏMAS hərəkatına və nəhayət başı uca Fələstin Xalqına, xüsusi ilə işğalçıların belini başı ucalığı və mətanətilə qıran Qəzza Xalqına, habelə Müqavimət Oxunun qruplarına, İslam Ümmətinə və müdrik rəhbər İmam Xamenei həzrətlərinə, bütün dünyanın azadlıqsevər insanlarına, haqq və ədalət müdafiəçilərinə. başsağlığı veririk.
Həmçinin Uca Allahdan şəhid komandiri, Həniyə nəslindən olan altmış nəcib şəhidi və Qəzzanın on minlərlə qəhrəman şəhidlərinin bağışlanmasını və onlara İlahi əfvin şamil olmasını diləyirik. Onların Behiştin ən uca məqamında, Əəla-İlliyində, peyğəmbərlərin, İlahi övliyaların, şəhidlərin və saleh insanların yanında qərar versin və onlarla məşhur eləsin. Onların ailələrinə, dostlarına, xüsusilə HƏMAS hərəkatına və əziz İslami Cihad hərəkatına Cihad və Müqavimət yolunda böyük səbr və mükafat nəsib etsin.
Bu, birinci cinayət deyil və sonuncu da olmayacaq və döyüş in şə Allah davam edir. Bütün millət, müqavimət və İslam İnqilabı İlahi intiqam və hədəfə çatmaq üçün daha çox uğur və qələbələrin intizarındadır. Məqsədimiz tam zəfər qazanıb, müqəddəs Fələstin torpağının dənizdən çaya qədər olan ərazisinin azad edilməsi, paytaxtı Qüds şərif olmaqla Fələstin dövlətinin qurulması və müsəlmanların ilk qibləsində Namaz qılmaqdır. Elə bir dövlət ki, sionist-Amerikan müstəmləkəçiliyinə, işğalçılığına və güzəştli sazişə son qoymağa, xalqın izzət və ləyaqətini bərpa etməyə və İslam sivilizasiyasına yol açan dövlət olsun, eləcə də İslamın və müsəlmanların izzətli olduğu, küfr və nifaqın isə zəlil olduğu, intizarı çəkilən İmam Məhdinin (Allah Təala Onun zühurun tezləşdirsin) şərəfli hökümətinin qurulmasına yol açsın.
Rumlular məğlub oldular, (Ərəb yarımadasına) ən yaxın bir yerdə. Onlar bu məğlubiyyətdən sonra yaxın bir vaxtda qalib gələcəklər. Özü də bir neçə il ərzində. Əvvəl də, sonra da əmr Allahındır. O gün möminlər də sevinəcəklər, Allahın yardımı ilə! O, istədiyi kimsəyə yardım edər. O, yenilməz qüvvət sahibidir, mərhəmətlidir. Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, Ayə 2-6)
Sonda Şəhidlərin və Azad insanların rəhbəri, Allah Rəsulunun nəvəsi İmam Hüseynin (ə) sözlərini bir daha təkrar edirik: ”Ya Rəbb! Sənin hökmünə səbir edirik, çünki Səndən başqa Allah yoxdur. Səndən başqa Pərvərdigarım və məbudum yoxdur, Sənin hökmünə səbir edəcəyəm, ey fəryad edənlərin fəryadını Eşidən və ey Əbədi Baqi Olan!”
Biz Allaha məxsusuq və Ona tərəf qayıdırıq
Ümumdünya Əhli-Beyt (ə) Assambleyası
25 Məhərrəm əl-Həram 1446
Diqqət! Xəbərdən istifadə edildikdə mənbəyə istinad etməlisiniz.