Əhli Beyt Xəbər Agentliyi - ABNA: Ümumdünya Əhli-Beyt (ə) Assambleyası sionizmə xüsusi bağlılığı ilə seçilən Almaniya rəsmilərinin Hamburq, Berlin və Frankfurtdakı İslam mərkəzlərinin bağlanması ilə bağlı bir bəyanat yayaraq reaksiya verib və bu yalnış hərəkəti şiddətlə qınayıb.
Assambleyanın bəyanatında deyilir:
«Ümumdünya Əhli-Beyt (ə) Assambleyası öz etiraz səsini və həddindən artıq narahatlığını açıqlayaraq, alman polisinin son hərəkətini din azadlığı, məzhəb azadlığı kimi söz və sərbəst toplaşmaq azadlığının aşkar şəkildə pozulmasının bariz nümunələrindən biri hesab edir. Halbuki Almaniya Hökuməti Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiya, Birləşmiş Millətlər Təşkilatının Minilliyin Bəyannaməsi və digər insan hüquqları sənədləri və Almaniyanın hüquqi qanunları və prosedurları daxil olmaqla, beynəlxalq müqavilələr və insan hüquqlarına dair sənədlər və qaydaları tanınmış və qəbul etmişdir.»
Diqqət! Xəbərdən istifadə edildikdə mənbəyə istinad etməlisiniz.