Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

27 iyul 2024

05:00:00
1474655

Almanların sionist İsrail sevgisi: Şiə Dininə qarşı təzyiqlər. Hamburq İslam Mərkəzinin müsadirəsi

Sionizmin bağlılığı ilə seçilən Faşist Almaniyasının Şiə Dininə qarşı təzyiqləri yeni mərhələyə qədəm qoyub.

Əhli Beyt Xəbər Agentliyi - ABNA: Sionizmin bağlılığı ilə seçilən Faşist Almaniyasının Şiə Dininə qarşı təzyiqləri yeni mərhələyə qədəm qoyub. Belə ki, Almaniya Daxili İşlər Nazirliyi bəyanat yayaraq, Hamburq İslam Mərkəzinin və ona bağlı olan digər Şiə Dininə aid qurumların “radikal islamçı məqsədləri” yaydıqları üçün fəaliyyətini qadağan etdiyini açıqlayıb.

Bu qadağa nəticəsində Almaniyada dörd Şiə Məscidi bağlanacaq və Hamburq İslam Mərkəzinin əmlakı müsadirə olunacaq!

Qeyd edək ki, Hamburq İslam Mərkəzinin bağlanması saxta bəhanələrlə baş verib, halbuki bu mərkəz 60 ildən artıq fəaliyyət göstərdiyi müddətdə daim cəmiyyətdə qanuna və hörmətə əsaslanan dini fəaliyyətə önəm verib və bu illər ərzində qeyd olunan mərkəzlərdə bir dəfə də olsun qanun pozuntusuna yol verilməyib.


Diqqət! Xəbərdən istifadə edildikdə mənbəyə istinad etməlisiniz.