20 may 2024 - 13:00
İmam Xamenei həzrətlərinin prezident Rəisinin şəhadəti ilə bağlı başsağlığı mesajı: "Əziz Rəisi yorğunluğun nə olduğunu bilmirdi"

İmam Xamenei həzrətlərinin başsağlığı mesajı və prezident başda olmaqla onu müşayiət edən şəxslərin şəhadətvari vəfatı ilə bağlı ümumi matəm elan etməsi

Ümumdünya Müsəlmanlarının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei, İran İslam Respublikasının Prezidenti Ayətullah Seyyid İbrahim Rəisinin, Xarici İşlər Naziri Dr. Əmir Abdullahian, Vəliyyi Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Höccətül-İslam vəl-Müslimin Seyyid Ali Haşimin, Şərqi Azərbaycanın valisi Dr.Rəhməti və onların dəyərli yoldaşlarının uğradıqları helikopter qəzası ilə bağlı başsağlığı verdilər.

İslam İnqilabının Rəhbərinin başsağlığı mesajının mətni belədir:


Mehriban və mərhəmətli Allahın adı ilə

"İnnə Lilləhi və innə İləyhi Raciun:

  Mücahid alim, xalqına xidmət edən səriştəli və zəhmətkeş prezident, İmam Rzanın (əleyhis-salam) Xadimi, Höccətul İslam vəl Müslimin cənab Hacı Seyid İbrahim Rəisinin və onu müşayiət edən əzizlərin (Allah onların hamısından razı olsun) şəhadətvari vəfatlarının acı xəbərini böyük kədər və təəssüf hissi ilə aldım.

Bu xoşagəlməz hadisə xidmət cəhdi zamanı baş verdi; Bu nəcib və fədakar şəxsiyyətin istər qısa prezidentlik dövründə, istərsə də ondan əvvəlki bütün məsuliyyət dövrü tamamilə xalqa, vətənə, İslam dininə xidmətdə dayanmadan çalışmaqla keçib.

Əziz Rəisi yorğunluğun nə olduğunu bilmirdi. Bu faciəli hadisədə İran milləti səmimi və dəyərli bir xadimini itirdi.

 Onun üçün Allahın razılığına dəlalət edən camaatın rifah və razılığı hər şeydən üstün idi. Buna görə də bəzi bədxahların nankorluq və rişxəndləri gecə-gündüz işləri yaxşılaşdırmaq, eləcə də inkişaf etdirmək üçün onu ruhdan salmırdı və işləməsinə mane olmurdu.

Bu ağır hadisədə Təbrizin məşhur və etibarlı cümə imamı Həccətül-İslam Ali Haşim, fəal və mübariz xarici işlər naziri cənab Əmir Abdullahian, inqilabçı və dindar vali cənab Malik Rəhməti, pilotlar və onları digər müşayiət edən digər şəxslər kimi görkəmli şəxsiyyətlər var idi ki, hamılıqla İlahi rəhmətə qovuşdular.

Bu münasibətlə beş günlük matəm elan edir və əziz İran xalqına başsağlığı verirəm.

Konstitusiyanın 131-ci maddəsinə əsasən, cənab Möhbər hökumətin icra strukturlarını idarə etmək vəzifəsindədir və o, qanunvericilik və məhkəmə qollarının başçıları ilə maksimum əlli gün ərzində yeni prezidentin seçilməsi ilə bağlı razılığa gəlməyə borcludur.


Sonda cənab Rəisinin əziz anası və onun möhtərəm həyat yoldaşına və Prezidentin sağ qalan digər yaxınlarına və onu müşayiət edən şəxslərin hörmətli ailələrinə, xüsusən də izzətli ata cənab Ali Haşimə dərin hüznlə başsağlığı verir və səbr diləyirəm. Allahdan mərhumlara Rəhmət etməsini diləyirəm.


Seyid Əli Xamenei

2/31/1403

20/05/2024