Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

18 fevral 2024

17:10:00
1438825

İmam Xamenei: Hər kəs seçkilərdə iştirak etməlidir/ Ölkəni islah etməyin yolu seçkidir!

Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri problemlərin həlli və islahatların aparılması üçün Milli Birliyin və 11 İsfənd-(01 Mart) seçkilərinin vacibliyini vurğulayaraq, hər kəsi bu mühüm ümummilli tədbirdə həvəslə iştirak etməyə çağırıb. Və namizədin düzgün seçilməsi, seçkinin səmərəliliyi və bütövlüyü, seçki əxlaqsızlığının qarşısının alınması ilə bağlı mühüm məqamları dilə gətiriblər.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrəti Ayətullah Seyyid əli Xamenei bu gün səhər Şərqi Azərbaycan əyalətinin minlərlə insanı ilə görüşündə “güclü tərəfləri gücləndirmək, uğur əldə etmək və zəif nöqtələri aradan qaldırmaq” üçün “özünə baxmaq”ı və düşmənə bəsirətlə və passivlik göstərmədən nəzarətdə saxlamağı iki vacib və önəmli vəzifə hesab ediblər.

Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri problemlərin həlli və islahatların aparılması üçün Milli Birliyin və 11 İsfənd-(01 Mart) seçkilərinin vacibliyini vurğulayaraq, hər kəsi bu mühüm ümummilli tədbirdə həvəslə iştirak etməyə çağırıb. Və namizədin düzgün seçilməsi, seçkinin səmərəliliyi və bütövlüyü, seçki əxlaqsızlığının qarşısının alınması ilə bağlı mühüm məqamları dilə gətiriblər.

İnqilab Rəhbəri Təkəbbürlü Cəbhəni (ABŞ, Qərb İttifaqı, İngiltərə, sionist rejimi və s imperialist qüvvələri) heç şübhəsiz İranda seçkilərin keçirilməsinin əleyhinə olduqlarını qeyd edərək bildiriblər:

 “Seçkilər, (Vəliyyi Fəqih) sisteminin cümhuriyyətçiliyinin təzahürüdür və buna görə də (Vəliyyi Fəqih) sistemin həm cümhuriyyətçiliyinə, həm də islamçılığına qarşı olan təkəbbürlü qüvvələr və Amerika seçkilərə və xalqın seçki məntəqələrində coşğulu iştirakına qarşıdır.”

O, ABŞ-ın sabiq prezidentlərindən birinin İran xalqından öncəki seçkilərdən birində iştirak etməmək xahişinə toxunaraq bildiriblər:

 “O prezident bilmədən İrana kömək etdi, çünki insanlar inadkarlıqları və ona qarşı müqavimətləri səbəbindən seçkilərə getdikcə daha çox həvəslə qatıldılar, buna görə də amerikalılar daha belə danışmırlar, amma müxtəlif yollarla xalqı seçkilərdən çəkindirməyə və ruhdan salmağa çalışırlar.”

İnqilab rəhbəri seçkiləri İslam Respublikası sisteminin əsas sütunu və ölkədə islahat yolu adlandırıb və deyib:

“Biz hamımız seçkilərdə iştirak etməliyik. Problemləri düzəltmək, həll etmək istəyənlər ki, doğru yol seçkidir və seçkiyə getməlidirlər.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!