Əhli-Beyt
(əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ötən gecə İmam Hüseynin Müqəddəs Hərəminin
Dini İşlər Üzrə Nüayəndəsi Şeyx Əbdül-Mehdi Kərbəlayi, Vatikanın nümayəndəsi və
Romadakı rəsmi kitabxanasının rəhbəri Ancelo Vinçezo Zanini Kərbəladakı ofisində
qarşılayıb.
Şeyx bu görüşdə deyib:
“Səmavi risalət birdir və biz hamımız çalışmalıyıq ki, ictimaiyyət üçün, xüsusən də zülm və zorakılıqdan əziyyət çəkənlər üçün bu hüquqları həyata keçirək. Biz, bəşər övladlarına zülm edənlərə qarşı mövqe tutmalı və bəşəriyyətin problemlərini həll etməli, bəzi xalqların üzləşdiyi zülm və insan haqlarından məhrum edilməsinə qarşı hərəkətə keçməliyik ki, bu da peyğəmbərlərin missiyasıdır.”
O, daha sonra vurğulayıb:
“Bizə dialoq və anlaşma yolu ilə xalqlar arasında yaxınlaşma və hökmranlıqdan kənar bir-birimizin mədəniyyətlərini dərk etmək lazımdır. Millətlər, mütəfəkkirlər və din xadimləri olaraq aramızda dialoq olmalıdır.
Bu görüşdə Şeyx Kərbəlayi İmam Hüseynin Müqəddəs Hərəminin kitab və nəşrlərindən ibarət kolleksiyanın Vatikan Kitabxanasına verilməsini əmr edib.
Şeyx Kərbəlayi, həmçinin Vatikan nümayəndə heyətini İmam Hüseynin (ə) müqəddəs ərəfəsində olan layihələri, o cümlədən xəstəxanalar, autizm mərkəzləri, məktəblər, universitetlər, əlyazma mərkəzləri və eləcə də İmam Hüseyn (ə) dialoq fondunu ziyarət etməyə dəvət edib.
Vatikan nümayəndə heyətinin rəhbəri Angelo Moncenzo Zani də deyib:
“Şəhidlik Baharı festivalına dəvət olunduğumuz üçün və ilk dəfə baş tutan Kərbəla şəhərində və İmam Hüseynin (əleyhi səlam) hərəmində iştirak etməkdən xoşbəxtik. Şəhidlik Baharı festivalı böyük və tərifəlayiq bir hərəkətdir. Burada dinlərlə, qəbilələrlə əlaqə və söhbət şəbəkəsi diqqətimi çəkdi.”
O əlavə edib:
“Şeyx Əbdül-Mehdi Kərbəlayi ilə görüş çox yaxşı keçdi və o, söhbətlərində İmam Hüseynin (əleyhi səlam) hərəminin səy göstərdiyi təhsil və sağlamlıq metodunu vurğuladı.”
Vatikanın nümayəndə heyətinin rəhbəri sonda dedi:
“Biz bir-birimizlə əlaqələrin gələcəyini qura və kitablar vasitəsilə intellektual dialoqun kommunikasiya şəbəkəsini genişləndirə, bir-birimizlə dinamik mədəni əlaqələrə malik ola bilərik.”
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!