Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

26 dekabr 2023

12:50:00
1423861

“Yediot Aharonot” qəzeti də bu rejim ordusunun şimal sektorunun komandanı general Uri Qordinə istinadən bildirib ki, İsrail hərbçiləri hazırda yerin üstündə və ya altında Hizbullahın hər hansı infrastrukturunu tapmağa çalışır və bu yerlərdən hər hansı biri müəyyən olunarsa, biz bunu heç vaxt sirr saxlamayacağıq.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Şimal Qalxanı əməliyyatından 5 il keçməsinə baxmayaraq, İsrail ordusu Hizbullahın Qəzzada HƏMAS-ın tunellərindən daha təkmil tunel şəbəkəsi yaradacağından narahatdır.

“Jerusalem Post” qəzeti yazıb ki, İsrail ordusu keçən həftə Qəzza zolağında Ezer keçidi yaxınlığında böyük Həmas tunelini aşkar etdikdən sonra “İsrail” Hizbullahın tunelləri ilə bağlı çoxlu müzakirələr aparmağa başlayıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!