Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

20 dekabr 2023

13:30:00
1421916

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Şeyx Zəkzəki ilə görüşdə: Siz “Mücahid Fiysəbilullah”ın əsl nümunəsisiniz.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi deyib: “Dünyada böyük hadisələr baş verir. Bu inqilab Mehdi (ə.s)-ın inqilabına səbəb olacaq və inşallah İmam Məhdinin (Allah Onun zühurunu tezləşdirsin) ədalətli hökümətinin bərpası çox da uzaqda deyil.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani Nigeriya İslami Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəki ilə görüşüb söhbət edib.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının beynəlxalq vitse-prezidenti Höccətül-İslam vəl-Müslimin Muinyan və İdarəetmənin İnkişafı üzrə vitse-prezident Höccətül-İslam vəl-Müslimin Qazəvi də iştirak bu səmimi görüşdə iştirak ediblər.

Ayətullah Ramazani Şeyx İbrahim Zəkzəki ilə görüşdən məmnunluğunu ifadə edərək, onun Nigeriya dövləti tərəfindən qorxaqcasına hücumlara məruz qoyaraq həbs etdiyi günlərə toxunub və Şeyx Zəkzəkini “Məhbəs İslahçısı” adlandırıb.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Şeyx Zəkzəki və ailəsi ilə görüşünü çox xoşbəxt adlandırıb və əlavə edib:

“Biz həmişə sizinlə görüşməyə can atmışıq və sizə dərin məhəbbətimiz var. Siz mənəviyyat və rasionallığa çağırışda ən təsirli personajlardan birisiniz. Sizin üçün böyük şərəfdir ki, siz inqilab imamlarının böyük əsgərləri arasında olmuşsunuz və varsınız.”

O, Şeyx Zəkzakinin Nigeriyada şiə mədəniyyətini yaymaq üçün göstərdiyi səy və təlşlarını təqdir etməklə yanaşı, onu Mücahidu Fiysəbilullahın əsl nümunəsi hesab edib və Şeyx Zəkzakinin mücahidlik və dirəniş yolunun davam ediləcəyinə ümid etdiyini bildirib.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi deyib:

“Dünyada böyük hadisələr baş verir. Bu inqilab Mehdi (ə.s)-ın inqilabına səbəb olacaq və inşallah İmam Məhdinin (Allah Onun zühurunu tezləşdirsin) ədalətli hökümətinin bərpası çox da uzaqda deyil.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!