Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

18 dekabr 2023

09:05:00
1421163

Yəmən silahlı qüvvələri İsrail faşist rejiminə gedən daha 2 gəmiyə raketlə hücum edib

Sonda Sari vurğulayıb ki, Qəzza xalqına humanitar yardım göndərilənə qədər Yəmən ordusunun İsrail gəmiləri və işğal olunmuş Fələstin torpaqlarına yönəlmiş gəmilərinə qarşı hücumları davam edəcək.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri cümə günü Sənanın Səbain meydanında toplaşan insanlar qarşısında Qırmızı dənizdə anti-sionist əməliyyatını elan edib.

O, Yəmən Silahlı Qüvvələrinin işğalçı sionist rejiminə doğru hərəkət edən 2 gəmiyə hücum etdiyini açıqlayıb.

Briqada generalı Yəhya Səri əlavə etdi:

 “Yəmən silahlı qüvvələri, iki gəmini (MSC Alanya və MSC PALATIUM III) Yəmən Hərbi Dəniz Qüvvələrinin tələblərinə cavab verməkdən imtina etdikdən və xəbərdarlıq atəşi açdıqdan sonra hədəfə alıb.”

Sonda Sari vurğulayıb ki, Qəzza xalqına humanitar yardım göndərilənə qədər Yəmən ordusunun İsrail gəmiləri və işğal olunmuş Fələstin torpaqlarına yönəlmiş gəmilərinə qarşı hücumları davam edəcək.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!