Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

14 dekabr 2023

11:00:00
1420159

İsrail Qəzzada gəbərən sionist əsgərlərinin sayının 444 nəfərə çatdığını bildirir, amma ekspertlər isə 10 bərabər olduğunu bildirir

Bir çox ekspertlər isə Qəzza müharibəsində sionist İsrail itkilərinin qeyd olunan rəqəmdən azı 10 bərabər olduğuna inanır. Sadəcə İsrail rejimi daxildə ictimai rəyin təzyiqindən qorxaraq öz itkilərini ört-basdır edir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Uşaq qatili, qanunsuz İsrail rejimin ordusu Qəzza zolağında Fələstin müqavimət qüvvələri ilə toqquşmalarda daha 11 əsgərinin gəbərdiyini açıqlayıb.

Bu hesabata görə, Qəzzaya quru hücumu başlayandan bəri işğalçı rejimin gəbərən əsgərlərin sayı 120 nəfərə yüksəlib.

Oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatının başlanmasından bu yana sionist rejimin gəbərən hərbiçilərinin ümumi sayı 444 nəfərə çatıb ki, bunların 103 nəfəri çavuşdan yüksək rütbəli olanlardır. 82-si isə “Qolani” briqadasının üzvləridirlər.

Bir çox ekspertlər isə Qəzza müharibəsində sionist İsrail itkilərinin qeyd olunan rəqəmdən azı 10 bərabər olduğuna inanır. Sadəcə İsrail rejimi daxildə ictimai rəyin təzyiqindən qorxaraq öz itkilərini ört-basdır edir.

Digər tərəfdən, sionist rejimin müharibə naziri Yoav Gallant sionist əsgərlərin Əl-Əqsa tufanı əməliyyatında itkiləri barədə deyib: Qolani briqadasının 13-cü batalyonu oktyabrın 7-də bir çox qüvvələrini itirib.

Qeyd edək ki, Qolani Briqadası Sionist Ordusunun ən təchizatlı xüsusi təyinatlı briqadalarından biridir və bu səbəbdən də Sionist Ordusunda yeganə briqadadır ki, dünyanın ən müasir döyüş zirehinə malikdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!