Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

12 dekabr 2023

12:01:00
1419618

Əmir Abdullahian: Netanyahunun həyatı müharibə və soyqırımı davam etdirilməsindədir

Təəssüf ki, Amerika tərəfi müharibənin əhatə dairəsini daha da genişləndirmək təhlükəsini düzgün dərk etmir. Ağ Evin müttəfiqi Netanyahunun həyatı ancaq müharibə və soyqırımın davamındadır və regionda vəziyyət belə qalmayacaq.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Dünən axşam İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ilə çoxtərəfli və regional əlaqələr, xüsusilə Fələstində baş verən son hadisələrlə bağlı telefon danışığı aparıb.

İİR Xarici İşlər Naziri ABŞ-ın Qəzzada soyqırımın dayandırılması ilə bağlı qətnaməyə veto qoymasından narazılığını ifadə edərək, Çinin regionda sülh və sabitliyin bərqərar olması üçün konstruktiv səylərinə və Qəzzaya qarşı müharibənin dayandırılmasında fəal rol oynamasının vacibliyinə işarə edib.

Əmir Abdullahian çinli həmkarına bildirib:

“Regionun təhlükəsizliyi hamımız üçün vacibdir və bu baxımdan İran İslam Respublikası region ölkələri ilə bir neçə məsləhətləşmələr aparıb...

Bölgədəki müharibənin əhatə dairəsi genişlənib və Qəzzaya hücumlar dərhal dayandırılmasa, bölgədə partlayış ehtimalı var və nəzarət bütün tərəflərin əlindən çıxacaqdır...

Təəssüf ki, Amerika tərəfi müharibənin əhatə dairəsini daha da genişləndirmək təhlükəsini düzgün dərk etmir. Ağ Evin müttəfiqi Netanyahunun həyatı ancaq müharibə və soyqırımın davamındadır və regionda vəziyyət belə qalmayacaq.”

Çinin xarici işlər naziri də Qəzzada atəşkəs qətnaməsinə veto qoyulmasından təəssüfləndiyini bildirib.

Çin üçün atəşkəsin yaradılması və dərhal humanitar yardım göndərilməsi vacibdir.

O ümid etdiyini bildirib ki, BMT Baş Assambleyasının qarşıdan gələn iclası regionda atəşkəsin yaradılması üçün fürsət olacaq.

Sonda tərəflər ikitərəfli münasibətlərin tərəqqisindən məmnunluq ifadə edərək, ikitərəfli məsləhətləşmələrin və dialoqların davam etdirilməsini və çoxtərəfli əməkdaşlığın gücləndirilməsini vurğulayıblar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!