Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

11 dekabr 2023

10:50:00
1419299

Almaniyadan İsrailə etiraz: Qəzzanın dinc sakinlərinə “sığınacaq axtarın” demək kifayət deyil

Hazırkı müharibədə Berlinin Təl-Əvivə hərtərəfli dəstəyini qeyd etməyən Baerbok Qəzzada fövqəladə vəziyyətin olduğunu vurğulayaraq əlavə edib: Qəzzə əhalisinin vəziyyəti günü-gündən ağırlaşır, ən çox qadınlar və uşaqlar əziyyət çəkir, ən axırıncı yemək yeyənlər, ilk öldürülənlər də onlardır.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Almaniyanın xarici işlər naziri Analena Baerbok Qəzzada insan şəraitinin pisləşməsindən narahatlığını dilə gətirib və vurğulayıb ki, İsrail ordusu daha yaxşı işlər görməlidir və mülki əhalinin həyatını qorumalıdır.

Almaniya xarici işlər nazirinin tənqidləri sionist rejimin Qəzzaya hücumlarının indiyədək 18 mindən çox insanın ölümü ilə nəticələndiyi kontekstdədir. Bir çox siyasi müşahidəçilər Qərb ölkələrini İsrailin fələstinlilərə qarşı cinayətlərinin əsas dəstəkçiləri hesab edirlər.

Sionist rejim ordusunun Qəzza müharibəsindəki strategiyasını tənqid edən Baerbok deyib: Əslində sığınacaq yer olmadığı halda, insanların sığınacaqlara sığınmasını istəmək kifayət deyil.

Müharibənin əvvəlində sionist rejim Qəzzənin şimal bölgəsinin əhalisindən Xan Yunis və Rəfahın cənub bölgələrinə getmələrini istəyib, lakin bu rejim döyüşçüləri dəfələrlə cənub bölgələrini bombalayıblar və atəşkəs başa çatdıqdan sonra quru əməliyyatlarının əhatəsini bütün Qəzzaya genişləndirdilər.

Fələstinli Qaçqınlara Yardım və Məşğulluq Agentliyi bildirir ki, Qəzzadan olan 1,9 milyon insan İsrailin bombardmanları altında didərgin düşüb və onların əksəriyyəti İsrailin hücumları səbəbindən dəfələrlə yaşayış yerini dəyişib,digər yerlərə köçürülmüşlər.

Hazırkı müharibədə Berlinin Təl-Əvivə hərtərəfli dəstəyini qeyd etməyən Baerbok Qəzzada fövqəladə vəziyyətin olduğunu vurğulayaraq əlavə edib: Qəzzə əhalisinin vəziyyəti günü-gündən ağırlaşır, ən çox qadınlar və uşaqlar əziyyət çəkir, ən axırıncı yemək yeyənlər, ilk öldürülənlər də onlardır.

Barbuk həmçinin elan edib ki, pisləşən humanitar böhranla mübarizə aparmaq üçün Almaniya bu il Fələstin ərazilərinə yardım göstərmək öhdəliyini artırır və bu il ümumilikdə 179 milyon avro (193 milyon dollar) ayırır.

O, vurğulayıb: Beynəlxalq birlik olaraq, bu əzabın azaldılması və Qəzzaya daha çox yardımın çatması üçün hər şeyi etməliyik.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!