Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

11 dekabr 2023

08:10:00
1419151

Əmir Abdullahian: İsrail hər cür cinayət yaratmaq üçün İŞİD-lə rəqabətdə çox irəlidədir!

Xarici İşlər Naziri deyib: Aparteid və işğalçı İsrail rejimi hər cür cinayət yaratmaq fonunda İŞİD ilə rəqabətdə çox irəlidədir!

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian X sosial şəbəkəsində yazıb: “Soyqırım və uşaq qətliamları, qadağan olunmuş silahlardan istifadə edilməsi, Qəzzaya su, qida və dərmanların daxil olmasının qarşısının alınması, girovların və günahsız vətəndaşlarla rəftarında vəhşilik göstərir ki, bu da aparteid və işğalçı rejimin cinayət növlərinin hər birisini yaratmaq üçün İŞİD-lə rəqabətdə çox irəlidə olduğunun göstəricisidir!”

Xarici işlər nazirinin mesajının davamında deyilir:

“BMT baş katibinin xəbərdarlığına dərhal diqqət yetirilməməsi və Ağ Evin İsrail rejiminin hərbi cinayətlərinə davamlı dəstəyi beynəlxalq təşkilatların strukturunun dağılmasına, qlobal sülh və təhlükəsizliyin, son nəticədə, beynəlxalq təşkilatların və sonda insanlığın ləyaqətinin zəifləməsinə gətirib çıxaracaq. Şübhəsiz ki, Amerika və İsrailin Fələstinə qarşı müharibə və soyqırım siyasətinin məğlubiyyəti çox yaxındır.”



 



 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!