28 noyabr 2023 - 13:40
Anti-Şiə əliyevlər sülalə rejimi tərəfindən narkotiklə şərlənən daha bir inanclıya hökm oxundu

Murad Abdullayev 3 il azadlıqdan məhrum edildi.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Anti-Şiə əliyevlər sülalə rejiminin Bakı Ağır Cinayətlər Məhkəməsində daha bir dindarın qondarma məhkəmə prosesi yekunlaşıb.

Məlumat İnformasiya Agentliyinin xəbərinə əsasən, 2023-cü ilin mart ayında saxlanılan Murad Abdullayev 3 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd olunur ki, Murad Abdullayev mart ayının ilk ongünlüyündə saxlanılan 33 dindardan biridir. O, Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunsa da, ittiham sübutunu tapmadığı üçün 234.1-1-ə tövsif olunub.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!