Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

15 noyabr 2023

14:52:00
1411864

İİR XİN Sözçüsü: Şəfa xəstəxanasının faciəvi durumuna kim cavabdehdir? - Video

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani jurnalistlərlə həftəlik görüşdə hegemon qüvvələrə səsləndi.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani jurnalistlərlə həftəlik görüşdə bildirib:

“Ümumdünya Səhiyyə Təşkilatı Qəzzanın şimalındakı Şəfa Xəstəxanasının vəziyyətini dərin narahatlıq doğuran və dəhşətli adlandırıb və Qəzzanın bu ən böyük xəstəxanası ilə əlaqəni itirdiyini açıqlayıb.

Qəzza zolağının ən böyük xəstəxanası olan Şəfa xəstəxanasının vəziyyətinə kim cavabdehdir?

Ümumdünya Qızıl Xaç Cəmiyyətinin rəsmilərinin Şəfa Xəstəxanası ilə bağlı açıqlamalarını kim ciddi qəbul etməlidir?

ABŞ, İngiltərə, Fransa və Almaniya hökumətlərindən başqa hansı hökümətlər bu faciəyə cavabdeh olmalıdır?

Günlərdir ardıcıl olaraq küçə və meydanlara toplaşaraq müharibənin dayandırılmasını tələb edən dünya xalqlarının fikirlərinə kim diqqət yetirməlidir?”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!