Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

1 noyabr 2023

19:00:00
1407532

Ali Baş Komandan İmam Xamenei həzrətləri müsəlman dövlətlərini İsrailə neft və ərzaq ixracını dayandırmağa çağırıb Video

Ali Baş Komandan: “Meydan Qəzzə və İsrail meydanı deyil, Haqq və batil meydanıdır. Meydan istikbar və iman meydanıdır. Bir tərəfdə istikbar dayanıb; bomba qüdrəti və hərbi təzyiq, bombardman, faciə və cinayətlə. O biri tərəfdə isə iman qüdrətidir ki, Allahın lütfü ilə qələbə çalacaq.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri bu gün səhər minlərlə tələbənin iştirakı ilə keçirilən iclasda Amerikanın İran xalqı ilə uzun müddətdir davam edən düşmənçiliyinin köklərini araşdıraraq Qəzzada sionist rejiminin və Amerikanın törətdikləri fəlakətini tarixdə misli görünməmiş adlandırıblar.

“Qəzzayə qarşı bombardmanlar dərhal dayandırılmalı , İsrailə neft və ərzaq ixracı yolları müsəlman ölkələri tərəfindən bağlanmalıdır”- deyə İmam Xamenei həzrətləri bildirib.

Ali Baş Komandan daha sonra bildirib: “Meydan Qəzzə və İsrail meydanı deyil, Haqq və batil meydanıdır. Meydan istikbar və iman meydanıdır. Bir tərəfdə istikbar dayanıb; bomba qüdrəti və hərbi təzyiq, bombardman, faciə və cinayətlə. O biri tərəfdə isə iman qüdrətidir ki, Allahın lütfü ilə qələbə çalacaq.”

İslam İnqilabının Rəhbəri müsəlman dövlətlərini İsrailə neft və ərzaq ixracını dayandırmağa çağırıb. Qəzzayə qarşı bombardmanlar dərhal dayandırılmalı, İsrailə neft və ərzaq ixracı yolları müsəlman ölkələri tərəfindən bağlanmalıdır.

Söhbətinin digər hissəsində İmam Xamenei həzrətləri bildiriblər: “Qəzzə xalqı öz səbri ilə bəşəriyyətin vicdanını hərəkətə gətirmişdir. Həmin Qərb ölkələrində, İngiltərədə, Fransada, İtaliyada, ABŞ-ın özündə, müxtəlif ştatlarda insanlar kütləvi şəkildə küçələrə çıxaraq İsrailin əleyhinə və həm də Amerikanın əleyhinə şüarlar verirlər. Bunlar biabır oldular. Bunlar öz hərəkətlərini əsaslandıra bilmirlər. Bu arada bir axmaq tapılıb deyir ki, İngiltərədə keçirilən aksiya İranın işidir, sən demə Londonun Bəsici bunu edib! Parisin Bəsici bunu edib!”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!