Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
şənbə

14 oktyabr 2023

20:20:00
1401163

Prezident Rəisi: “Fələstinlilərin hüquqları nəzərə alınmayınca regionda heç bir düzən olmayacaq“

Çərşənbə axşamı Seyid İbrahim Rəisi Suriya prezidenti Bəşər Əsədlə telefon danışığında sionist rejimin 75 illik tarixində misli görünməmiş “Əl-Əqsa tufanı” əməliyyatı zamanı ciddi zərbə aldığını deyərək bildirib ki, ötən günlərdə bu cinayətkar rejimin ifratçı kabineti bütün hədləri aşaraq ən qatı cinayətlərə əl atmış, öz amansız təcavüzünü etmişdir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Prezident İbrahim Rəisi “Əl-Əqsa tufanı” əməliyyatının ən mühüm nəticələrindən biri kimi fələstinlilərin hüquqları nəzərə alınmayınca regionda heç bir yeni düzənin qurulmayacağının bir daha sübuta yetməsi olduğunu bildirib.

Çərşənbə axşamı Seyid İbrahim Rəisi Suriya prezidenti Bəşər Əsədlə telefon danışığında sionist rejimin 75 illik tarixində misli görünməmiş “Əl-Əqsa tufanı” əməliyyatı zamanı ciddi zərbə aldığını deyərək bildirib ki, ötən günlərdə bu cinayətkar rejimin ifratçı kabineti bütün hədləri aşaraq ən qatı cinayətlərə əl atmış, öz amansız təcavüzünü etmişdir.

Prezident Rəisi məzlum Fələstin xalqının hiddətlənməsinin əsas səbəbini bu qatil rejimin sağ ifratçı kabinetinin Məscidül-Əqsaya təkrar-təkrar hücumları təşkil etməsinin və sionistlər tərəfindən hər gün uşaq-qoca demədən fələstinlilərin qətlə yetirildiyini və amansız həbslərin olduğunu diqqətə çatdıraraq deyib ki, bu gün sionistlər bütün beynəlxalq müqavilələrə zidd olaraq Qəzzəni tamamilə mühasirəyə almış, bu bölgənin məzlum xalqını su, işıq, dərman və yanacaq kimi əsas şeylərdən məhrum etmişdir. Bununla yanaşı yalançı insan haqları iddiaçıları da ikili standartlarla zalımla və məzlumun yerini əvəz etməyə çalışırlar ki, bu da sionist rejiminin arxayın qalmasına və fələstinlilərin qanlı qətliamının davam etməsinə səbəb olur.

Rəisi daha sonra vurğulayıb ki, bu gün bütün İslam və Ərəb ölkələri və eləcə də dünyanın bütün azadlıq sevərləri insanları sionist rejimin Fələstin məzlum xalqına qarşı cinayətlərinin dayandırılması yolunda daha sıx bağlılıq qurmalı və həmrəng olmalıdırlar. Elə bu əsasda İslam İran Respublikası bütün İslam ölkələrinin başçıları ilə əlaqə saxlayaraq bu həmrəyliyin yaradılmasına çalışacaqdır.

Iran prezidenti həmçinin “Əl-Əqsa tufanı” əməliyyatının əhəmiyyətli nticələrindən birinin fələstinlilərin hüquqları nəzərə alınmadan regionda heç bir yeni düzənin əldə olunmayacağını bir daha sübuta yetdiyini bildirmiş və qeyd etmişdir ki, bu gün Fələstinlilərin hüquqlarını müdafiə etmək bəhanəsi ilə cinayətkar sionist rejimlə əlaqələrin normallaşmasına can atanlar rüsvay olmuşlar. Artıq bütün dünyaya heç də gizlin deyil ki, hazırda sionist rejimi özünün ən zəif günlərini yaşayır.

Suriya prezidenti Bəşər Əsəd bu telefon danışığında sionistlərə qarşı müqavimət hərəkatının böyük qələbələrinin bu rejimin iddia etdiyindən qat-qat zəif olduğunu bir daha göstərdiyini deyərək, qarşımızda duran ilkin məqsədin bütün ərəb və islam ölkələrinin Fələstin xalqının və məzlum Qəzza əhalisinin hüquqlarını dəstəkləmək üçün tam şəffaf və vahid mövqe üzərində razılığa gəlməsini vurğulayıb.

Suriya prezidenti daha sonra bildirib ki, biz bütün səylərimizi ən qısa zamanda Fələstin məzlum xalqına dəstək üçün vahid və ortaq razılığa gəlinməsi üçün edəcəyik. Əks təqdirdə cinayətkar sionist rejiminin məzlum Qəzzə əhalisinə qarşı qətliamların daha da artmasına səbəb olacaqdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!