Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

14 oktyabr 2023

19:40:00
1401132

Bundan qabaq da Qəzzənin müxtəlif bölgələri sionist rejim tərəfindən iki dəfə fosfor bombaları ilə hədəfə alınmışdı.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Sionist rejim qırıcıları dünən Qəzzə zolağının şərqində yerləşən «Şəhid Məhəmməd əl-Durrəh» adına uşaq xəstəxanasını tərkibində ağ fosfor olan bombalarla hədəfə alıblar.

Qəzzədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədrə deyibdir ki: Qəzzə uşaq xəstəxanası ağ fosfor hücumundan sonra boşaldılıbdır.

Bundan qabaq da Qəzzənin müxtəlif bölgələri sionist rejim tərəfindən iki dəfə fosfor bombaları ilə hədəfə alınmışdı.

Fələstin müqavimət qüvvələri ötən şənbə günündən Qəzzədən sionist rejimin işğal olunmuş ərazilərdəki mövqelərinə qarşı «Əl-Əqsa Tufanı» adlı hərtərəfli və misilsiz əməliyyata başlayıblar.

Özünü qəflətən Fələstin müqavimətilə döyüş meydanında görən və ötən bir neçə gün ərzində biabırçı məğlubiyyətlərə düçar olan sionist rejim qeyri-insani hərəkətlə Qəzzədəki bütün keçidləri bağlayıbdır ki, Fələstin müqaviməti qəhrəmancasına «Əl-Əqsa Tufanı» əməliyyatını dayandırmağa məcbur olmuş olsun.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!