Misir dünyanın ən nadir və ən qədim Qurani-Kərim nüsxəsinin bərpa olunduğunu elan edib.

29 sentyabr 2023 - 07:35


Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Misir Milli Kitabxanası və Arxivləri Hicri Qəməri tarixi ilə 1-ci əsrin birinci yarısında yəni hicrətin 40-50-ci illərində Hicazda (Məkkə və Mədində) əlyazma Qurani Kərim nüsxəsinin bərpa işinin başa çatması münasibətilə bayram tədbiri keçirib.

“Russia Əl-Youm”un məlumatına görə, bu Quran dünyada dəmir mürəkkəblə yazılmış QuraniKərimin ən nadir və ən qədim nüsxələrindən biridir.

Qurani-Kərimin bu variantı 32 vərəq, 16 tək tərəfli və 8 ikitərəfli səhifədən ibarətdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!