Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

27 sentyabr 2023

08:40:00
1396124

İran qeyri-leqal İsrail rejimin baş nazirinin son nüvə təhdidi ilə bağlı BMT-yə sərt etiraz etdi

İrvani BMT-ni passivlikdə günahlandıraraq vurğulayıb: “Şəraitdən asılı olmayaraq hər kəs tərəfindən, istənilən vaxt və istənilən yerdə nüvə silahından istifadə olunması və ya sadəcə olaraq istifadə etmək hədəsi beynəlxalq hüququn, xüsusilə BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulmasıdır.”


Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İranın BMT-dəki səfiri BMT baş katibi, Baş Assambleyanın və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda uşaq qatili, işğalçı İsrail rejimin baş nazirinin ritorikasını kəskin şəkildə məhkum edib və sionist rejim tərəfindən beynəlxalq hüquq normalarının davamlı və açıq şəkildə pozulmasına etiraz edib və BMT-ni sərt tənqid atəşinə tutub.

Əmir Səid İrvani Mehr ayının 3-ə bərabər olan, sentyabrın 25-də BMT-yə ünvanladığı məktubda bildirib:

“Nüvə silahının bəşəriyyətin və planetin mövcudluğu üçün təhlükə olduğunu nəzərə alsaq, İsrail rejimi tərəfindən İranın nüvə silahı ilə hədələnməsi müqayisə olunmaz şiddətli bir təhlükədir və beynəlxalq ictimaiyyət üçün böyük sarsıntıya səbəb olacaq, xüsusən də belə bir təhlükə Birləşmiş Millətlər Təşkilatının əsas sütunu və bütün üzv ölkələrin təmsilçisi olan BMT kimi mötəbər forumdan gələrsə.”

İrvani daha sonra BMT-ni passivlikdə günahlandıraraq vurğulayıb:

“Şəraitdən asılı olmayaraq hər kəs tərəfindən, istənilən vaxt və istənilən yerdə nüvə silahından istifadə olunması və ya sadəcə olaraq istifadə etmək hədəsi beynəlxalq hüququn, xüsusilə BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulmasıdır.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!