Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
bazar ertəsi

25 sentyabr 2023

18:50:00
1395791

Azərbaycan mediaları dindarların növbəti həbsindən xəbər veriblər

Bakı mediyasının “İran casusları” yaxud “İran üçün təbliğ edənlər” adlandırdıqları azərbaycanlı şiələrin növbəti həbsi baş verib. Məlumata görə bir neçə inanclı insan saxlanılıb. Onlardan birinin gəncəli Hacı Sadiq olduğu deyilir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Azərbaycan mediyalarının bildirdiklərinə görə bu ölkədə şiə inancını təbliğ edənlərə qarşı həbslər davam edir.

Bakı mediyasının “İran casusları” yaxud “İran üçün təbliğ edənlər” adlandırdıqları azərbaycanlı şiələrin növbəti həbsi baş verib. Məlumata görə bir neçə inanclı insan saxlanılıb. Onlardan birinin gəncəli Hacı Sadiq olduğu deyilir.

Hələlik bu məlumat rəsmən təsdiqlənməyib.

Qeyd edək ki, son aylar ərzində Azərbaycan Respublikasında çoxlu sayda müsəlman inanclılar həbs edilib. Azərbaycan mediyaları həmin həbsləri İrana casusluqla əlaqələndirsə də, məhkəmə həbs olunan inanclılara narkotik ittihamı irəli sürüb. Narkotik ittihamı Azərbaycanda inanclı insanların cəmiyyətdən təcrid edilməsi üçün ənənəvi ittihamlar sırasındadır ki, müttəhimlər və xalq tərəfindən uydurma və əsassız ittiham kimi qəbul olunur. Hakimiyyətin digər müxalifləri və tənqidçilərinə qarşı həbslər də başqa növ təzadlı və ümumi fikr tərəfindən birmənalı qarşılanmayan ittihamlar səsləndirilir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!