Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
bazar ertəsi

25 sentyabr 2023

18:05:00
1395786

Peskov qərbin vasitəçiliyinə son qoymağa çağırdı

Peskov Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi nəzərdə tutulan görüşünü şərh edərkən bildirib ki, üçüncü tərəflərin Qafqazda potensial vasitəçilik imkanları olmadan öz mövcudluğunu bərqərar etmək cəhdlərinin qarşısını almaq əsasdır.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qərb ölkələrinin Qafqazda vasitəçilik imkanlarına malik olmadığını bildirib, onların Qafqazda mövcud olmaq cəhdlərinə son qoymağa çağırıb.

Peskov Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi nəzərdə tutulan görüşünü şərh edərkən bildirib ki, üçüncü tərəflərin Qafqazda potensial vasitəçilik imkanları olmadan öz mövcudluğunu bərqərar etmək cəhdlərinin qarşısını almaq əsasdır.

Peskov Ərdoğanla Əliyevin Naxçıvan görüşündən isə regionda təhlükəsizliyə töhfə verəcəyini gözlədiyini deyib:

"Onlar suveren ölkələrdir və əməkdaşlığı inkişaf etdirmək üçün öz suveren hüquqlarını həyata keçirirlər. Biz Bakı ilə Ankara arasında nə qədər sıx münasibətlər olduğunu bilirik", - Rusiya prezidentinin mətbuat katibi bildiribş

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mümkün üçtərəfli görüş barədə isə Peskov "Hələlik üçtərəfli görüşlə bağlı dəqiq kontur yoxdur", - deyib.

O, eyni zamanda vurğulayıb ki, kimsə gərginliyin səviyyəsinin azaldılmasına, erməni əhalisinin və Qarabağın yeni reallığa inteqrasiyasına kömək edə bilsə, bu, yalnız alqışlana bilər.

"Ancaq bunun üçün bütün tərəflərin razılığı lazımdır", - Peskov bildirib.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!