Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
bazar

24 sentyabr 2023

10:00:00
1395512

Azərbaycan Respublikasının səfiri və diplomatlarının tezliklə Tehrana qayıdışlarının şahidi olacağımıza ümid edirik

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da bu görüşdə iki ölkənin müxtəlif heyətlərinin son görüşlərindən və əldə olunmuş nəticələrdən razılıq edib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İran xarici işlər naziri Nyu-Yorkda öz azərbaycanlı həmkarı ilə görüşdə deyib ki: Azərbaycan Respublikasının səfiri və diplomatlarının tezliklə bu ölkənin Tehrandakı səfirliyinə qayıdacaqları və iki ölkə əlaqələrində yeni bir səhifənin açılacağının şahidi olacağımıza ümid edirik.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının kənarında keçirdiyi görüşlərin davamında yerli vaxtla şənbə günü axşam Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Görüşdə Qarabağ bölgəsinin olayları, həmçinin iki tərəfi maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da bu görüşdə iki ölkənin müxtəlif heyətlərinin son görüşlərindən və əldə olunmuş nəticələrdən razılıq edib.

İki ölkənin yüksək səviyyəli müxtəlif rəsmilərinin son görüşlərinin nəticələrini konstruktiv və irəliyə doğru dəyərləndirən Bayramov iki ölkə arasında yeni konstruktiv addımların atılmasına hazırlıq ifadə edib.

Tərəflər birgə əməkdaşlıqlar səviyyəsinin yüksəldilməsi və artırılması istiqamətindəki bəzi iki və çoxtərəfli təşəbbüslər ətrafında da fikir mübadiləsi aparıblar.

İran İslam Respublikasının xarici işlər naziri ötən və Qarabağ bölgəsindəki son döyüşlərdən sonrakı günlərdə Nyu-Yorkda öz ermənistanlı həmkarı Ararat Mirzoyanla da görüşüb.

O, həmin görüşdə ermənistanlı həmkarına bildiribdir ki: Qarabağı Azərbaycan Respublikasının bir hissəsi hesab edirik, lakin ixtilaflar siyasi və dialoq yolu ilə həll edilməlidir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!