Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

24 sentyabr 2023

09:20:00
1395490

Əl Safadi və Abdullahian Suriyadakı vəziyyət də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər

Əl Safadi İordaniyanın regiondakı bütün gərginliklərə son qoymağa və İranla əlaqələri qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında inkişaf etdirməyə hazır olduğunu vurğulayaraq, buna nail olmaq üçün iki ölkə arasında təhlükəsizlik dialoqunun vacibliyinə diqqət çəkib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: SANA– Xəbər portalının məlumatına görə, İordaniyanın xarici işlər naziri Ayman Əl Safadi iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasları çərçivəsində Suriyadakı vəziyyətlə bağlı inkişaflar da daxil olmaqla bir çox məsələləri müzakirə edib.

 


Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!