Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
bazar

24 sentyabr 2023

08:20:00
1395466

Suriyada terrorizmlə mübarizəyə yardım üzrə əzmkarlığımız sarsılmazdır

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian öz çıxışında Astana prosesi üzvlərinin BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi ilə birgə iclasından razılıq edib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Astana prosesinə üzv ölkələrin- İran, Rusiya və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli və sonradan BMT baş katibinin xüsusi nümayəndəsi Geyr Pedersen-in iştirakı ilə dördtərəfli iclası İran İslam Respublikası xarici işlər nazirinin təşkilatçılığı ilə BMT Baş Assambleyasının sessiyası kənarında Nyu-Yorkda keçirilib.

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian öz çıxışında Astana prosesi üzvlərinin BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi ilə birgə iclasından razılıq edib.

Bizim bugünkü iclasımız Astana prosesi formatındakı kollektiv tədbirlərimizin önəmini bir daha nümayiş etdirdi. Həmçinin BMT baş katibinin xüsusi nümayəndəsi cənab Pedersenin bu iclasda iştirakı Suriya böhranının həllinə yardımda BMT-nin rolunun əhəmiyyətini təsdiq etdi- deyə, İran xarici işlər naziri vurğulayıb.

Əmir-Abdullahian sonra Astana prosesinin zamin ölkələri başçılarının öncəki Tehran görüşünə işarə edib: “Təəssüflə, Suriyadakı insani vəziyyət keçmişdə olduğu kimi, böhranlıdır. Onun bir hissəsi Suriyanın qadınları, uşaqları və digər insanlarını hədəfə alan birtərəfli sanksiyalardan, həmçinin Suriya xalqının təbii ehtiyatları və əmlakının qarət edilməsindən irəli gəlir. Biz bu iclasda Suriyadakı insani vəziyyətə dair birgə nigarançılığımızı təkrar və bir daha Suriyaya qarşı sanksiyaların qanunsuz olmasına və onların tam şəkildə ləğv edilməsi zərurətinə təkid edirik.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!