Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

21 sentyabr 2023

14:59:09
1394923

Sionist ordusunun bazasından Merkava tankının oğurlandı - Video

Xəbərə əsasən, sionist polisin təhqiqatı zamanı bu tank Hayfa yaxınlığındakı dəmir tullantıların atıldığı yerdə aşkar edilib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Dünən axşam saatlarında qanunsuz işğalçı İsrail rejim polisi, İsrail ordusunun təlim bazalarından birindən Merkava 2 tankının oğurlandığını açıqlayıb.

Sionist rejimin xəbər mənbələri bu tankın hərbi təlim üçün istifadə edildiyini bildirib. Bu tankın oğurlandığı baza işğal olunmuş Fələstinin şimalında Elyakim yolu yaxınlığında yerləşir və sionist rejim polisi bununla bağlı araşdırmalara başlayıb.

Bu xəbərə əsasən, sionist polisin təhqiqatı zamanı bu tank Hayfa yaxınlığındakı dəmir tullantıların atıldığı yerdə aşkar edilib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!