Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

7 sentyabr 2023

08:50:00
1391813

SEPAH və ETTELAAT iğtişaşlar təşkil edən növbəti şəbəkəni iflasa uğratdı

Bu şəbəkənin üzvləri ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, Freedom House İnstitutu və 2010-cu ildə yaradılmış Demokratiya üçün Qeyri-zorakı Təşəbbüs İnstitutu (NID) kimi tanınmış qurumların dəstəyi ilə və xarici siyasi ünsürlərdən birinin rəhbərliyi ilə, qadınlarla şəbəkə qurmaqla və iğtişaşlarda rol oynamağı planlaşdırmaqla məşğul idilər.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı və İİR Kəşfiyyat Nazirliyi müştərək bəyanat yayaraq, İmam Zamanın (Allah Onun Şərəfli gəlişini tezləşdirsin) naməlum əsgərlərinin birgə kəşfiyyatı nəticəsində iğtişaşlar təşkil edən növbəti şəbəkənin bir sıra üzvlərinin müəyyən edərək kontrol altına alıblar.

Onlar qadın və vətəndaş cəmiyyəti sahəsində fəallar üçün virtual və pulsuz kurslar keçirməklə iğtişaşlarda rol oynamağı planlaşdırır, ölkə daxilindən və xaricdən olan ünsürləri yetişdirirdilər.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!