Əhli-Beyt
(əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Benqal xəbər saytı "Barta
24" xüsusi reportajda Banqladeşin Baş naziri Şeyx Hasinənin mesajını dərc edib.
O, bu mesajında müxtəlif səbəblərdən Aşura gününü bütün dünya müsəlmanları üçün kədərli, şövkətli və çox müqəddəs bir gün hesab edərək vurğulamışdır:
“Peyğəmbərin (s) sevimli oğlu Həzrət İmam Hüseyn (ə) və ailəsinin Kərbəla səhrasında haqq və ədalət yolunda fədakarlığı İslam ümməti üçün parlaq nümunədir.
Biz, Aşura mesajını qəlbimizdə saxlamalı və ölkə ictimaiyyətinin rifahının qurulması yolunda onu örnək tutmalıyıq.”
Aşura hərəkatından ilham və güc alaraq zülmə qarşı durmağı vurğulayan Banqladeş baş naziri əlavə edib:
“Ümid edirik ki, Aşuranın böyük təlimləri hamımızın həyatında öz əksini tapacaqdır.”
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!