Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

17 avqust 2023

16:45:00
1387605

Stoltenberq NATO işğalçı alyansının Ukraynanı “qələbəyədək” dəstəkləyəcəyinə “söz verdi”(!)

Qeyd edək ki, Stoltenberq bunu Ukraynanın NATO-ya mümkün üzvlüyü və Kiyevin münaqişəyə son qoymaq üçün mümkün ərazi güzəştləri ilə bağlı sualı cavablandırarkən deyib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ukrayna müharibədə qələbə qazanana qədər NATO bu ölkəyə kömək edəcək.

Bunu işğalçı alyansın baş katibi Yens Stoltenberq bu gün Norveçin paytaxtı Oslo şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Stoltenberq bunu Ukraynanın NATO-ya mümkün üzvlüyü və Kiyevin münaqişəyə son qoymaq üçün mümkün ərazi güzəştləri ilə bağlı sualı cavablandırarkən deyib.

Xatırladaq ki, 15 avqustda NATO-nun Baş Qərargah rəisi Stian Jensen İsveçin “Verdens Gang” qəzetinə müsahibəsində Ukraynanın bəzi ərazilərindən imtina müqabilində Şimali Atlantika Alyansına qoşula biləcəyi ilə bağlı açıqlama verib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!