Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : KİV
cümə axşamı

17 avqust 2023

16:25:00
1387598

Putin və Ayətullah Rəisinin telefon danışığı olub

Tərəflər, hər iki ölkənin siyasi, iqtisadi, energetika, nəqliyyat - logistika və digər sahələrdə qarşılıqlı əməkdaşlığını müzakirə ediblər.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-ın verdiyi məlumata əsasən, Rusiya Prezidenti Vladimir Putin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı İİR lideri Rusiya Prezidentinə Dağıstan Respublikasının Mahaçqala şəhərində baş vermiş partlayışda həyatını itirənlərlə bağlı başsağlığı verib.

Putin də öz növbəsində iranlı həmkarına Şirazda məsciddə baş vermiş terror aktına görə başsağlığı verib.

Tərəflər, həmçinin hər iki ölkənin siyasi, iqtisadi, energetika, nəqliyyat - logistika və digər sahələrdə qarşılıqlı əməkdaşlığını müzakirə ediblər.

Beynəlxalq və regional məsələlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri, o cümlədən İranın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzv kimi iştiraka, habelə BRİKS-in fəaliyyətinə qoşulmağa maraqlı olması ilə bağlı məsələlər müzakirə edilib.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!