Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
çərşənbə

16 avqust 2023

07:30:00
1387295

İranın Rusiyadakı səfiri: İran Rusiya ilə viza rejimini ləğv edə bilər

Kazım Cəlalinin sözlərinə görə, Tehran Rusiya vətəndaşları üçün vizanı ləğv etməyə hazırdır, sadəcə olaraq müvafiq qurumların qərarlarını gözləmək lazımdır.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İran Rusiya ilə viza rejimini ləğv edə bilər.

Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali “İzvestiya”ya müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, 1 avqustdan etibarən Rusiya ilə İran arasında turist qrupları üçün vizasız səfərlərə start verilib.

Səfirin sözlərinə görə, Tehran Rusiya vətəndaşları üçün vizanı ləğv etməyə hazırdır, sadəcə olaraq müvafiq qurumların qərarlarını gözləmək lazımdır.

Həmçinin əlavə olunub ki, 1 avqust tarixindən Rusiyaya giriş sənədinin alınması üçün sadələşdirilmiş prosedura başlanılıb.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!