Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

15 avqust 2023

11:40:00
1387203

Rusiya Deyr əz-Zorda Suriya əsgərlərinin öldürülməsində Amerikanı ittiham edib

Nazirlik öz saytında dərc olunan rəsmi məlumatda ABŞ-ın Suriyadakı qeyri-qanuni hərbi mövcudluğunun regionda sabitliyi pozan əsas amillərdən biri olduğunu vurğulayıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyi, Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində suriyalı əsgərlərin ölümü və yaralanması ilə nəticələnən “İŞİD” qruplaşmasının terror hücumunu pisləyib.

Nazirlik öz saytında dərc olunan rəsmi məlumatda ABŞ-ın Suriyadakı qeyri-qanuni hərbi mövcudluğunun regionda sabitliyi pozan əsas amillərdən biri olduğunu vurğulayıb.

Bəyanatda deyilir:

“Vaşinqtonun neft, qaz və kənd təsərrüfatı sərvətləri ilə səciyyələnən Suriyanın şimal-şərqinin geniş ərazilərinin işğalını saxlamaq məqsədi daşıyan siyasəti və Dəməşqə qarşı sanksiyaların davamlı təzyiqi sosial və iqtisadi vəziyyətin daha da pisləşməsinə, habelə regionda yeraltı ekstremist hərəkatın aktivləşməsinə səbəb olacaq.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!