Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

10 avqust 2023

09:25:00
1386083

ABŞ, Səudiyyə Ərəbistanın sionist rejimlə münasibətlərinin normallaşdırılması ilə bağlı razılaşmanı rədd etdi

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ağ Ev bəyan edib ki, indiyədək Səudiyyə Ərəbistanı ilə sionist rejim arasında münasibətlərin ümumi normallaşması ilə bağlı Ər-Riyadla heç bir razılıq əldə olunmayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Wall Street Journal”ın son hesabatına istinad edərək deyib:

“Danışıqlar üçün heç nə razılaşdırılmayıb. Münasibətlərin normallaşdırılmasını və ya bizim və dostlarımızın bölgədəki hər hansı təhlükəsizlik mülahizələrini kodlaşdırmaq üçün razılaşdırılmış çərçivə yoxdur.”

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!