Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

10 avqust 2023

08:35:00
1386055

Almaniya müsəlmanları məscidlərə və müsəlmanlara qarşı terror təhdidlərinin güclənməsindən narahatdırlar

Yeraltı neonasist Milli Sosialist qruplaşması 2011-ci ildə dağılmış, türk və müsəlman mühacirlərə qarşı 10-a yaxın qətl və bir neçə hücum törətmiş terror qruplarından biridir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: “Milli Görüş” İslam icmasının rəhbəri Kamal Erqon bildirib ki, son həftələr ərzində Almaniyada çoxlu sayda məscidə neonasist işarələri olan təhdid məktubları daxil olub.

O əlavə edib ki, biz qorxunu ürəyimizə buraxmırıq və bu cür təhdidlərdən qorxmuruq, lakin təəssüf doğurur ki, bir çox insanın həyatına son qoya bilməsi ilə nəticələnə bilən və məscidlərə od vurub yandıranlar indiyədək müəyyən edilməyib və ya həbs olunmayıb.

Yeraltı neonasist Milli Sosialist qruplaşması 2011-ci ildə dağılmış, türk və müsəlman mühacirlərə qarşı 10-a yaxın qətl və bir neçə hücum törətmiş terror qruplarından biridir.

Rəsmi statistikaya görə, 2023-cü ilin ilk üç ayı ərzində müsəlmanlara qarşı 124 hücum olub.

Keçən il ərzində Almaniyada məscidlərə altmışa yaxın hücum olub, ən azı 39 nəfər yaralanıb.

Almaniyanın 84 milyon əhalisinin təxminən beş milyon üç yüz min nəfəri müsəlmandır ki, bunun da üç milyonu türk əsillidir.

 

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!