Əhli-Beyt
(əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İranlı qadın ağırlıq qaldıran 2023-cü
ildə gənclər arasında Asiya çempionatında qadınlar bölməsində ikinci yeri
tutub.
Ağır atlet Kijan Məqsudi birdən qaldırmada 88 kq, təkanla qaldırmada 116 kq və ümumilikdə 204 kq nəticə ilə ikinci olub.
Məqsudi birdən qaldırmada bürünc, təkanla qaldırmada və ümumi nəticədə isə gümüş medal qazanıb.
Məqsudi ağır atletika üzrə Asiya çempionatında iştirak edən sonuncu iranlı idmançıdır.
İranın ağır atletika üzrə qızlardan ibarət milli komandası gənclər və yeniyetmələr arasında Asiya çempionatında 10 qadın atlet ilə iştirak edib və sonda 5 qızıl, 8 gümüş və 7 bürünc medal qazanıb.
Gənclər və yeniyetmələr arasında ağır atletika üzrə Asiya çempionatı Hindistanın paytaxtı Yeni Dehlidə iyulun 28-dən avqustun 5-dək keçirilib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!