Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
çərşənbə axşamı

8 avqust 2023

14:15:00
1385586

Qurani Kərimin ardıcıl təhqir olunmasına görə, Danimarka səfiri İİR XİN-ə çağırıldı

Qurani-Kərimə qarşı hörmətsizliyin təkrar edilməsinə etiraz olaraq, İİR XİN-in Qərbi Avropa şöbəsinin müdiri tərəfindən Danimarkanın Tehrandakı səfiri İİR XİN-ə çağırılıb və İranın sözügedən prosesin davam etməsnə olan kəskin etirazı Danimarka səfirinə bəyan edilib...

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İran Xarici İşlər Nazirliyi Danimarkada Qurani-Kərimə qarşı hörmətsizliyin davam etdirilməsinə görə bu ölkənin səfirini çağırıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib ki, bu gün Danimarkanın Tehrandakı səfiri həmin ölkədə Qurani-Kərimə qarşı hörmətsizliyin təkrar edilməsinə etiraz olaraq, nazirliyin Qərbi Avropa şöbəsinin müdiri tərəfindən çağırılıb və İranın sözügedən prosesin davam etməsnə olan kəskin etirazı Danimarka səfirinə bəyan edilib. Ondan istənilibdir ki, qeyd edilən etiraz hallarını dərhal öz paytaxtına elan etsin.

Kənani əlavə edib: Danimarka səfiri İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa şöbəsinin müdirinə/ öz dövlətinin sözügedən prosesi əngəlləmək üzrə tədbirləri haqda izahat verib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Qurana hörmətsizlik, alçaq bir sionist planıdır. O, vurğulayıb ki, bu gerçəklik/ həmin hörmətsizlik və cinayətlərin baş verdiyi məkanın yiyəsinin məsuliyyətini azaltmır.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!